AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, tədbirdə  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq  2002-ci il avqust ayının 7-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq bölmədə 6 elmi tədqiqat institutu yaradılıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində AMEA Naxçıvan Bölməsi ən son avadanlıqlarla təchiz edilib. Diqqətə çatdırılıb ki, bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları, təbii ehtiyatların araşdırılmasında elmi istiqamətlər müəyyən edilib, müvafiq profillərə uyğun elmi tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunub.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid Azərbaycan Respublikasında elmin inkişafının  dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.  Vurğulanıb ki, Azərbaycanda elmin inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dövlət başçısı İlham Əliyevin də fəaliyyətinin əsasını bu istiqamətdə görülən  işlər təşkil edir.

Diqqətə çatdırılıb ki, elmin davamlı inkişafına dəstək Naxçıvan Muxtar Respublikasında da daim diqqətdə olub. AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının formalaşması, inzibati binalarının tikilib istifadəyə verilməsi, təşkilati strukturun yenidən qurulması muxtar respublika rəhbərliyinin ardıcıl diqqətinin bariz ifadəsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikası Mükafatlar Komissiyasının yaradılması, elmi əhəmiyyəti ilə seçilən əsərlər və memarlıq layihələrinin dövlət mükafatlarına layiq görülməsi elmin inkişafına verilən dəyərin göstəricisidir.  

Eyni ildə Naxçıvan MR Ali Məclisi yanında Bilik Fondunun təsis edilməsi və qısa müddətdə uğurlu fəaliyyəti aktual mövzulara həsr olunmuş onlarla kitabin işıq üzü görməsinə səbəb olub.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli institutun 2009-2018-ci illərə aid elmi fəaliyyəti, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva isə muxtar respublikada qadın alimlərin fəaliyyəti barədə məruzə ilə çıxış ediblər. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: