Eyni gündə doğulan iki qəhrəman

A- A A+

Bəzən tarix elə gətirir ki, eyni ayda, eyni gündə dünyaya göz açan, bir-birindən xəbərsiz insanlar Vətən uğrunda qəhrəmana çevrilirlər. Bu gün də həmin qəhrəmanlardan ikisinin doğum günüdür.

Sadiq Əli oğlu Həsənov 1986-cı il sentyabrın 24-də Naxçıvan şəhərində anadan olub. O, 2020-ci ilin aprel ayından "N" saylı hərbi hissədə təlim-tərbiyə işləri üzrə rəis müavini kimi xidmət edib. 44 günlük Vətən müharibəsində iştirak edərək Füzuli, Hadrut və Cəbrayılın azad olunması uğrunda döyüşüb. 22 oktyabr 2020-ci ildə Zəngilan döyüşlərində qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bir sıra medallarla təltif edilib.

Ayxan Məmmədov isə 1998-ci il sentyabrın 14-də Şərur rayonunun Xanlıqlar kəndində doğulub. O da Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 30-da gəncliyinin ən gözəl çağında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Bu zirvə yalnız tarixə deyil, həm də insanların yaddaşına əbədi olaraq həkk olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bir sıra medallarla təltif edilib.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: