Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkin

A- A A+

Sergey Aleksandroviç Senyuşkin 1957-ci il sentyabrın 15-də Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə Sızran şəhər orta məktəbini bitirdikdən sonra Politexnik İnstitutuna daxil olub. 1975–1979-cu illərdə Ali Hərbi Təyyarəçilər Məktəbində təhsil alaraq Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramlarına yüksək səviyyədə yiyələnib.

1992-ci il fevralın 1-dən hərbi hissədə komandir vəzifəsində xidmət edib. O, Azərbaycan Hərbi Hava Qüvvələrinin mülki təyyarəçilərinə təlim keçməklə yanaşı, Qarabağ müharibəsində də iştirak edib, düşmənə qarşı mərdliklə vuruşub. Xocalı soyqırımı zamanı dinc, günahsız insanların xilas olunmasında böyük şücaət göstərib. Həmin döyüşlərdə yaralanan Sergey Senyuşkin 1992-ci il fevralın 29-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Samara vilayətinin Sızran şəhərində dəfn olunub.

Bakı şəhərinin Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 sentyabr tarixli 204 saylı Fərmanı ilə Sergey Aleksandroviç Senyuşkin ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: