Azərbaycanda elektrikli avtobusların sayı 6 dəfəyə yaxın artıb

A- A A+

Bu ilin avqust ayında Azərbaycanda şəhərdaxili (rayonlararası) müntəzəm sərnişindaşımada istifadə olunan avtobusların 166-sı elektrikli avtobusların payına düşüb.

NUHÇIXAN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur.

Məlumata əsasən, 2025-ci ilin avqustunda ölkədə sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayı 1 337 olub. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 222 ədəd və ya 19,9 % çoxdur. 

Bu ilin avqustunda Azərbaycanda dizel ilə işləyən avtobusların sayı isə 3 731-dir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 18 avtobus və ya 0,5 % çoxdur. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: