Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri fevral ayında da davam etdirib, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv olunub.

Komissiyanın İş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 1032 dövlət qulluqçusunun iştirak etdiyi 8 maarifləndirici seminar keçirilib. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilib, imtahanlarda 445 müəllim iştirak edib, onlardan 404-ü müvafiq keçid balını toplayıb.

Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün 6 noyabr 2018-ci il tarixdə elan edilən müsabiqənin test mərhələsi keçirilib, müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçü 10 nəfər sənəd təqdim edib, 5 namizəd keçid balını toplayıb. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 3 namizədin iştirakı ilə test imtahanları keçirilib, müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən 4 daxili müsahibədə komissiya nümayəndəsinin iştirakı təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: