Növbəti maarifləndirici təlim keçirilib

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda keçirilən növbəti maarifləndirici tədbiri xidmətin əməkdaşı Şəhanə Seyidova açıb. Bildirib ki, bu gün muxtar respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onların Naxçıvanın tarixi, mədəniyyəti və milli adət-ənənələri ilə daha yaxından tanışlığını təmin etmək məqsədilə maarifləndirici tədbirlər təşkil edilir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev “Milli adət-ənənələrimiz” mövzusunda çıxış edərək bildirib ki, minillər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən əvəzedilməz adət və ənənələr millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır. Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr veriblər. Çıxışda müstəqillik illərində muxtar respublikamızda milli dəyərlərimizin, adət-ənənələrimizin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən mühüm işlərdən bəhs olunub. Tədbirdə milli adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq abidəsinə, Möminə Xatın türbəsinə və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyaları təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: