Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxılıb

A- A A+

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: