Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 435,5 min manat daxil olub

A- A A+

Cari ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 435,5 min manat vəsait daxil olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 186,2 min manat və ya 74,7 faiz çoxdur.

Cari ilin 8 ayı ərzində muxtar respublikada dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 150 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,6 faiz çoxdur. Hesabat dövründə 125 müqavilənin müddəti uzadılıb, 57 müqaviləyə xitam verilib.

2025-ci ilin 8 ayında hüquqi və fiziki şəxslər tərəfindən və notariat ofislərindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 4,7 mindən artıq elektron müraciət daxil olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: