Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış 9 nəfər ANAMA yanında İctimai şuranın üzvü seçilib.
Seçilənlərin hər biri minatəmizləmə, maarifləndirmə, minadan zərərçəkənlərə yardım, ölkəmizin mina probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdir.