Babək rayonunda evdən 45 min manat pul oğurlayan şəxs saxlanılıb

A- A A+

Babək rayonunda evdən  45 min manat pul oğurlayan şəxs saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən  müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: