NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda kartofçuluğa maraq xeyli artıb. Rayonda ötən il 1076 hektar əkin sahəsindən 16 min 357 ton kartof istehsal edilib.
Bu gəlirli sahə ilə məşğul olan rayonun torpaq mülkiyyətçilərindən biri də Sərxanlı kənd sakini Vəli Zamanovdur. Təsərrüfat sahibi 4 hektar sahədə kartof əkib. Hazırda əkin davam etdirilir.
Sahibkarlığın İnkişafı Fondundan 30 min manat kredit götürən təsərrüfat sahibi öz həyətyanı sahəsində 500 tonluq soyuducu anbar da tikib. Sahibkar həm öz məhsulunu, həm də digər təsərrüfatçıların məhsulunu soyuducu anbarda saxlamaqla yaxşı qazanc əldə edir.
Mədinə Rəhimli