Ali Attestasiya Komissiyası: 32 iddiaçıya diplom və attestatlar təqdim edilib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) iddiaçılara diplom və attestatlar təqdim edilib.

Ali Attestasiya Komissiyasından NUHÇIXAN-a bildirilib ki, 7 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 32 iddiaçıya diplom və attestatlar təqdim olunub.

Biologiya elmləri, tibb elmləri, tarix, filologiya elmləri, pedaqogika və sənətşünaslıq sahələri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 29 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim edilib.

Tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” və pedaqogika elmləri sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya isə dosent attestatları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: