Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır.
Bayram şənliyində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilib. Uşaqlar tədbirdə iştirak edən bayram personajları Kosa və Keçəllə birlikdə rəqs edərək şənləniblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.