Fərid Əhmədov Naxçıvanda vətəndaşları qəbul edib - FOTOLAR
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 19-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
NUHÇIXAN xəbər verir ki, qəbulda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından ümumilikdə 56 vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.