Ali təhsil ocağında kitab təqdimatı keçirilib - FOTOLAR

130

NUHÇIXAN  xəbər verir ki,  Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ağı janrı: funksiya və poetik imkanlar” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Əbülfəz Əzimli, AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu kitab haqqında öz fikirlərini bildiriblər.

Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Badəm Məmmədova

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: