Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları tərəfindən fevral ayında 250 metr yeni suvarma xətti çəkilib, 5 kilometr içməli su xətti, 3 kilometr təzyiqli boru xətti, 440 metr suvarma xətti təmir edilib, 22 kilometr beton və torpaq kanal, 17 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənib.
Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 1,8 kilometristiqamətləndirici bənd salınıb, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 250 metr yeni xətt çəkilib. Subartezian quyularının və kəhrizlərin istismara yararlığı diqqətdə saxlanılıb, 40 subartezian quyusunda və 4 kəhrizdə təmir işləri davam etdirilib.“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda su anbarlarında nasoslar quraşdırılıbvə birləşdirici xətlər çəkilib. Şərur rayonunda sutəmizləyici qurğunun, Babək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilib. Bundan başqa Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanıb.