Ailə, qadın və uşaq hüquqları qorunur

A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra olunur. Qeyd olunan məsələ ilə bağlı tədbirlər,monitorinqlər və intellektual oyunlar keçirilir, muzeylərə ekskursiyalar təşkil olunur.

Ötən ay Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması iləəlaqədar 3 uşaq müəssisəsində monitorinq aparılıb, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 3714 uşaq haqqında fərdi məlumatlar daxil edilib.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı müvafiq işlər görülüb , 4 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib, Heydər Əliyev adına tamorta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlara tolerant mühitin yaradılması ilə bağlı valideynlər, məktəb direktoru və psixoloqları ilə görüş keçirilib. Valideyn himayəsindən məhrum olmuş 1 uşağın uçotu aparılıb, Naxçıvan şəhərində fəaliyyət göstərən 2 uşaq bağçasında “AğıllıUşaq” İntellektual Oyunu keçirilib, iştirak edən və qalib olan uşaqlara diplom və fəxri fərmanlar verilib.
Fevral ayında aztəminatlı ailədən olan 3 qadının peşə kurslarına cəlb olunması, müraciət etmiş 7 qadının isə işlə təmin olunması üçün məlumatları aid orqanlara göndərilib. Babək rayonunun Nehrəm kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib,205 maarifləndirici bröşür paylanılıb. Həmçinin aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, 1 ailəyə müvafiq köməklik göstərilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: