Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin vergi ödəyiciləri üçün yeni elektron xidməti istifadəyə verib. Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.
Bunun üçün Naxçıvan Muxtar RespublikasıVergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.vergi.nakhchivan.az) daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.