Naxçıvan Bölməsində “Elm həftəsi” ilə bağlı silsilə tədbirlər keçirilir - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə “Elm həftəsi” çərçivəsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun fəaliyyətinə dair hesabat dinlənilib.
İnstitutun direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin 2009-2018-ci illərdə əldə etdiyi mühüm nəticələrdən danışıb.
Alimİnstitutda Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları mövzusu üzrə 25 mərhələdə 11 tədqiqat işi həyata keçirildiyinisöyləyib.Bildiribki, İnstitutun tərkibində 4 şöbə, 4 laboratoriya, Nəbatat bağı, Zooloji muzey, Yaşıl əczaxana və Herbari fondufəaliyyət göstərir. Qeyd edilib ki, əməkdaşlarınbugünədək1606 elmi əsəri çap edilib.
Vurğulanıb ki, Institutda Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyi və onun nadir növlərinin qorunmasına dair birsıra əsərlər nəşr edilib. Onlardan 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları”, Azərbaycan və rus dilində ”Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, ”Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının Ampleoqrafiyası”və digər sanballı əsərləri göstərmək olar.Eyni zamanda Naxçıvan Muxtar Respublikası florasının Mamırları, Qıjıları, Çılpaqtoxumlu bitkiləri, Zəravəndkimilər, Laləkimilər, Zəngçiçəyikimilər və Qurğuşunçiçəyikimilər fəsilələrinə aid kitablar,o cümlədən“Naxçıvan Muxtar Respublikasının bitkiliyi”, “Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” və digərelmi kitablar nəşr edilib.
Diqqətə çatdırılıb ki, institutun əməkdaşları tərəfindən noxudun “Qaraca-85” və arpanın “Qılçıqlı-85” sortları yaradılıb. Muxtar respublikada ilk dəfə olaraq yeni sortun alınmasına nail olunub və sortlar üçün 2 patent alınıb.Tədqiqat dövründə institutun əməkdaşlarıPrezident yanında Elmin İnkişaf Fondunun 4 və bir xarici qrant layihəsinin qalibi olub.
Tədbirdə institut əməkdaşları tərəfindənçap edilən elmi əsərlər, kitab və monoqrafiyalar, tərtib edilən xəritələr və alınan patentlər sərgilənib.