Şəhid Xansu Qurbanov – Şuşa döyüşlərinin igid qəhrəmanı

A- A A+

Naxçıvanın Vətən müharibəsində 300-ə yaxın şəhidinin, 100-dən artıq qazisinin olması bu torpağın Vətən sevgisinin, qəhrəmanlıq irsinin bariz göstəricisidir. Vətəni Vətən edən də elə onun mərd oğulları, şəhid qanı ilə yoğrulmuş müqəddəs torpağıdır.

44 günlük Vətən müharibəsində ön sıralarda döyüşərək igidlik göstərən qəhrəmanlardan biri də şəhid Xansu Qurbanov olub.

Xansu Elsevər oğlu Qurbanov 23 sentyabr 2000-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2016–2017-ci illərdə Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə alıb.

2018–2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

44 günlük Vətən müharibəsi başlayanda Xansu Qurbanov da ön cəbhədə döyüşlərə qatılıb. Döyüş yolu Cəbrayıldan başlayaraq Suqovuşan, Xocavənd Tuğ kəndi, Şuşa yaxınlığındakı Qırmızı bazar məntəqəsi və Şuşa şəhərində sona çatır.

O, xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə iştirak edir və böyük qəhrəmanlıq göstərir. 2020-ci il noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Şəhid Xansu Qurbanov Naxçıvan şəhərində dəfn olunub.

Göstərdiyi igidlik və vətənpərvərliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı orden və medallarla təltif edilib:

“Şuşanın azad olunmasına görə” medalı (29 dekabr 2020)

“Xocavəndin azad olunmasına görə” medalı (24 iyun 2021)

“Füzulinin azad olunmasına görə” medalı (24 iyun 2021)

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

Şəhid Xansu Qurbanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik və mərdlik, hərbi tapşırıqları şərəflə yerinə yetirməsi ilə xalqımızın yaddaşında daim yaşayacaqdır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: