Bu il Novruz bayramı “Naxçıvanqala”da qeyd olunacaq - VİDEO

A- A A+

Yurdumuza Bahar gəlir. Bu münasibətlə xalqımızın qeyd etdiyi   Novruz  bayramı hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. NUHÇIXAN xəbər verir ki, Novruz bayramı bu il "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunacaq.

Bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ediləcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: