Naxçıvanda Pircuvar Dövlət Meşəsinin sahəsi genişləndiriləcək - FOTOLAR

A- A A+

Payız əkin mövsümündə Pircuvar Dövlət Meşəsinin sahəsi genişləndiriləcək. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən hazırlıq işləri görülüb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ərazidə texnikaların köməyi İlə çalalar qazılıb, arxlar çəkilib və digər zəruri işlər icra olunub.

Məlumat üçün bildirək ki, Naxçıvanda bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək müvafiq xəritələr hazırlanıb. “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, yaz əkin mövsümündə muxtar respublika ərazisində keçirilən yaşıllaşdırma tədbirlərində 115 hektarda 995 kiloqram bitki toxumu və 27 min ting əkilib. İl ərzində isə 408 hektarda 118 mindən çox tingin əkilməsi, 58 hektarda yeni bağların salınması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: