Naxçıvan nümayəndəliyinin rəhbəri Venesuela Bolivar Respublikasının səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli Səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətlər, ölkəmizdə yeni açılmış səfirliyin fəaliyyət prioritetləri, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə iqtisadi sahədə əlaqələrin yaradılması mexanizmləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.