Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR
Karaqandada gənclərin Beynəlxalq Forumu keçirilib.
NUHÇIXAN Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forumda 1000-ə yaxın iştirakçı – işçi gənclərin nümayəndələri, kollec və universitet tələbələri, sənaye müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Foruma, həmçinin Qazaxıstanın ən böyük sənaye şirkətlərinin ekspertləri, ölkənin regionlarından nümayəndələr, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə və ABŞ-dan qonaqlar qatılıblar.
Tədbir təcrübə mübadiləsi, əmək bazarındakı mövcud çağırışların və imkanların müzakirəsi, müəssisələr, təhsil müəssisələri və gənc mütəxəssislər arasında əlaqələr şəbəkəsinin qurulması üçün platforma olub.
Forumun əsas məqsədi gənclər arasında “mavi yaxa” işlərin və texniki ixtisasların populyarlaşdırılması, peşəkar səlahiyyətlərin inkişaf etdirilməsi və gənc mütəxəssislər icmasının yaradılmasıdır.