Bu payız nə qəribə oldu, həm sevinci yaşadıq, həm kədəri.....
Neçə-neçə nur üzlü, cavan oğullarımızı itirdik. Heyf sizn kimi igidlərdən. Payız fəslində ömrünüzün baharına vəda etdiniz.Şəhidliklə əbədiyaşarlıq qazandınız.Hər zaman qəlbimizdə yaşadırıq ,sizi. Səhər açılanda , axşam olanda, yurdumun uğurlarında, xalqın varlığında, muğamımız ,şeirimiz səslənəndə, himnimiz oxunanda.Anaların yaylasında, bacıların ismətində, övladların dilindəsiz.Ucalardan ucalarda, azad Şuşamda, Kəlbəcərdə, Laçınımda, Xocalımda, Qarabağda....Azərbaycan igidləri ayağınız dəyən hər yerdə.Bugün əbədi torpaqlara qayıdan insanların, sevinc göz yaşındasız.
Öz xoşbəxtliklərini vətənin azadlığı uğrunda fəda edən igidlər...Kimisi yeni doğulan körpəsini görmədi, kimisi yeni evli idi, kimisi təhsilini davam etdirə bilmədi, ümumiyyətlə həyatlarını..Amma xalqının azadlığını görməsini istədilər 30 illik haqsızlığı, haqqa çevirdilər.Bir yumruq ətrafında birləşərək ,vətəni azad edib , düşmənə göz dağı verdilər.Şəhid anaları bugün qürurludr, vüqarlıdır. Onlar fəxr edir ki, 44 gündə düşmənə qalib gələn igidlərin , anasıdırlar.Analar fəxr edir ki,bu oğulları bütün dünya tanıdı. Qüdrətli ordumuz,od –alov içindən keçib , qətiyyətlə düşmənə qalib gəldi.İgidlərimiz yeri-göyü inlətdilər,öldü var, döndü yox ,dedilər . Hər kəsin beyninə vətənpərvərliyi və ölməzliyi yazdılar.Var olun,xalqımızın fədakar oğulları. Ölməzlik zirvəsinin fədailəri.Allah şəhidlərimizə rəhmət eləsin .
Sacidə Hüseyn
Naxçıvan televiziyasının əməkdaşı