Naxçıvanda “Zəfərin gücü ilə sağlamlıq ayı” tibbi aksiyasına başlanılır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərin gücü ilə sağlamlıq ayı” tibbi aksiyası təşkil olunacaq.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiyaya oktyabrın 1-də Cəhri kənd Ailə Sağlamlıq Mərkəzində start veriləcək. Bu təşəbbüs çərçivəsində kənd sakinləri müxtəlif ixtisas həkimlərinin qəbulu və müayinələrindən ödənişsiz yararlanmaq imkanı qazanacaqlar. Belə ki, aksiyada iştirak edən vətəndaşlar aşağıdakı tibbi xidmətlərdən faydalana biləcəklər:

Nevropatoloqun müayinəsi;

Kardioloqun müayinəsi;

Ürəyin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə EKQ və EXO-kardioqrafiya müayinələri;

Ultrasəs (USM) müayinəsi;

Terapevtin qəbulu;

Pediatrın müayinəsi;

Ginekoloqun müayinəsi.

Aksiyanın əsas məqsədi vətəndaşların vaxtında tibbi müayinədən keçməsinə şərait yaratmaq, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına nail olmaq, habelə sağlam həyat tərzinin təşviqini təmin etməkdir.

Sakinlərin tibbi xidmətlərdən rahat və səmərəli şəkildə yararlana bilməsi üçün bütün zəruri təşkilati işlər görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: