Naxçıvan şəhər Prokurorluğunda tədbir keçirilib

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan şəhər Prokurorluğunda “Prokurorluq orqanlarında mülki müdafiə işinin etibarlı təşkili işçilərin təhlükəsizliyinin təmin olunmasında başlıca amildir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Məqsəd mülki müdаfiə və fövqəladə hallardan qorunma,  yanğın təhlükəsizliyi ilə bağlı tədbir iştirakçılarına tövsiyyələr verməkdən, fövqəladə hallar zamanı mühafizə üsulları, ilk yardım və qarşılıqlı yardım məsələləri ilə bağlı işçiləri məlumatlandırmaqdan ibarət olub. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bаş məsləhətçisi Аzаdə Cəfərоvа “Prokurorluq sistemində mülki müdаfiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər. Fövqəladə hallar zamanı ilk tibbi yardım qaydaları» haqqında məlumat verib. Məruzəçi həmçinin, muxtar respublikada ehtimal olunan zəlzələ, onun törətdiyi fəsadlar və bu zaman düzgün davranış qaydaları, təbii və texnogen qəzalar zamanı zərərçəkənlərə yerində ilk tibbi yardımın necə göstərilməsindən danışıb. 
Nazirliyin bаş məsləhətçisi Əbülfəz Qаfаrоv etdiyi məruzədə idarə, müəssisəvə təşkilatlarda yanğına səbəb olan amillər, onun vaxtında və düzgün şəkildə qarşısının alınması, qaz, elektrik təsərrüfatından düzgün istifadə qaydaları və səssiz gələn ölüm-dəm qazı haqqında dinləyicilərə məlumat verib. 

Tədbirdə  mövzular aid iştirakçılarda əyani təsəvvür yaratmaq üçün slayd və videoçarxlardan istifadə edilib. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: