General-mayor rütbəsi alan Anar İsmayılov kimdir? - DOSYE

A- A A+

Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilib.

NUHÇIXAN xəbər verir ki, Anar İsmayılov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 44 günlük Vətən müharibəsi dövründə istər ön cəbhədə hərbi hissələrin döyüş əməliyyatları üçün son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında, istərsə də arxa cəbhədə dövlət informasiya resurslarına olan kiberhücum cəhdlərinin qarşısının alınmasında xüsusilə fərqlənən əməkdaşları sırasında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilənlər sırasında Anar İsmayılov da olub. O, 2021-ci ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: