Naxçıvan İnnovasiya Mərkəzi açılıb - FOTOLAR
Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir.
NUHÇIXAN xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov, dövlət qurumlarının nümayəndələri, ziyalılar, universitetin rəhbər və müəllim heyəti iştirak edirlər.
Qeyd edək ki, Naxçıvan İnnovasiya Mərkəzi ölkəmizdə Bakı və Sumqayıtdan sonra açılan 3-cü regional mərkəzdir.