REAL televiziyası Naxçıvanla bağlı film yayımlayıb - VİDEO
NUHÇIXAN xəbər verir ki, REAL Televiziyası Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audavizial İnkişaf Şurasının dəstəyi ilə Naxçıvan haqqında iki hissədən ibarət “Real Vətən: Naxçıvan” adlı film yayımlayıb.
Ekran işində qədim diyarın tarixi, mədəniyyəti, coğrafiyası, strateji əhəmiyyəti və bugünkü inkişafı geniş şəkildə işıqlandırılıb. Filmdə həmçinin Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri, burada yaşayan insanların gündəlik həyatı və milli-mənəvi dəyərlərə bağlılığı barədə maraqlı faktlar təqdim olunub.
Layihənin müəllifləri bildiriblər ki, məqsəd tamaşaçılara Naxçıvanı daha yaxından tanıtmaq, diyarın keçmişi və bu günü barədə dolğun məlumat verməkdir.
Filmin hər iki hissəsi artıq televiziya efirində nümayiş olunub və sosial şəbəkə hesablarında da yayımlanıb.
Qeyd edək ki, filmin layihə rəhbərləri Mirşahin Ağayev, Yaşar Məmmədov, Həsən Abdullayev və Səyavuş Hüseynlidir.