Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə NUHÇIXAN-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 4 tüfəng, 3 patron darağı və 928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.