Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində mebel istehsalçıları ilə görüş keçirilib - FOTOLAR

A- A A+

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada mebel istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, görüşdə sənaye sektorunun, o cümlədən mebel istehsalı sahəsinin perspektivləri, mövcud imkanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir Kazım Hüseynəliyev çıxış edərək Naxçıvanda sənayenin inkişafının, istehsal həcminin artırılmasının, ixrac imkanlarının genişləndirilməsinin və müasir texnologiyalara əsaslanan istehsal modellərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb. Həmçinin sahibkarlara dövlətin təqdim etdiyi təşviq mexanizmlərindən səmərəli şəkildə faydalanmağın əhəmiyyəti bildirilib.

Qeyd edilib ki, nazirlik bundan sonra da öz səlahiyyətləri daxilində sahibkarlara dəstək göstərməyə davam edəcək.

Görüş çərçivəsində mebel istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar öz müəssisələri və fəaliyyətləri haqqında məlumat verib, təkliflərini səsləndirib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: