“Naxçıvan” Universitetində tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji fakültənin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin təşkilatçılığı  ilə “Dünya Pi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk olaraq tələbələrin iştirakı ilə Pi simvolu  universitetin meydanında düzəldilib. Sonra Pi gününə həsr olunan konfrans keçirilib. Konfransda Pi ədədinin tarixi, istifadə yerləri, sənət və musiqidə yeri haqqında  maraqlı məlumatlar verilib.

Qeyd edək ki, Pi sayının simvolu “π”, yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində, çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə etdi. Leonard Eulerdən əvvəl gələn bəzi riyaziyyatçılar tərəfindən də bu simvol istifadə edilib. Ancaq Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyərək istifadə ediblər. İlk dəfə 1988-ci ildə qeyd olunmağa başlayan “Dünya Pi Günü” Amerika və Avropada müxtəlif fəaliyyətlərlə qeyd olunur. "Dünya Pi Günü" 14 Mart tarixində riyaziyyat sevənlər tərəfindən  qeyd olunan gündür, çünki Pi ədədi riyaziyyatçılar arasında 3.14 –dür (3-cü ayın 14-ü).

 

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: