Nehrəmdə şəhidin adına bulaq istifadəyə verilib - FOTOLAR

A- A A+

Babək rayonunun Nehrəm qəsəbəsində şəhid Məmmədov Zamin Allahverdi oğlunun adına bulağın açılışı olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova şəhidlərin qəhrəmanlığından danışıb. Bildirib ki, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq hər birimizin mənəvi borcudur. O, şəhid ailələrinə göstərilən dövlət qayğısının Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə digər çıxış edənlər şəhid Zamin Məmmədovun şərəfli həyat yolundan, döyüş yolundakı fədakarlıqlarından və vətənpərvərliyindən söz açaraq onun hər bir gənc üçün örnək olduğunu qeyd ediblər. Onlar şəhidlərin adının daim uca tutulduğunu və xalqımızın yaddaşında əbədi yaşadığını bildiriblər.

Sonra tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edib, gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: