İrandan gətirilən sarıkökdə bakteriyalar aşkarlanıb

A- A A+

İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, fiziki şəxs Cümşüd Vəliyevin idxal etdiyi ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: