Səbail rayon məktəbliləri Naxçıvana yola düşüblər

124

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvana gələcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Əvvəlcə Səbail Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə əklil qoyulub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb və eyni zamanda, Novruz bayramı münasibətilə şagirdləri təbrik edib. Qeyd olunub ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istirahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dünyagörüşünün artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunub.

Sonra məktəblilər Naxçıvana yola düşmək üçün Heydər Əliyev beynəlxalq hava limanına yola salınıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: