Binəqədi məktəbliləri Naxçıvanın tarixi məkanları ilə tanış olacaqlar

A- A A+

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini bildirib.

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Gülabətin Əhmədova bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib.

Sonra çıxış edən 314 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Mirzəzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Baxışova, 3 nömrəli məktəbin şagirdi Gülər Quluzadə “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağını vurğulayıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd edib ki, sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir.

Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələridir. E.Allahverdiyev “Ölkəmizi tanıyaq” layihəsinin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib. O, bu aksiyanın gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs edib.

Sonda iştirakçılar səfərin proqramı ilə tanış olublar. Tədbir bədii hissə ilə davam edib.

Novruz bayramının əsas simaları olan Kosa, Keçəl və Bahar qızı tur-aksiya iştirakçılarını salamladı, daha sonra məktəblilər Binəqədi rayonu gənclərinin ifasında bayram musiqilərini dinləyiblər. Qonaqlar aksiya iştirakçılarının ifasında “Şərur yallısı”nı izləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: