Naxçıvanda biri azyaşlı olmaqla köməksiz vəziyyətdə qalan iki nəfər xilas edərək yaxınlarına təhvil verilib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yaşayış binasının liftində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun xilasediciləri cəlb olunub.
Xilasedicilər dayanan liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalanları xilas edərək yaxınlarına təhvil veriblər.