NUHÇIXAN xəbər verir ki, bu gün səhər saatlarında Naxçıvan şəhərində yol nəqliyyat hadisəsi baş verib. Avtomobillərin biri yol kənarındakı evə ziyan vurub.
Hadisə şəhərin Xətai məhəlləsində baş verib. 75-BN-326 dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobillə 71-BD-724 dövlət qeydiyyat nişanlı “Chevrolet niva” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Avtomobillərdən biri yol kənarına çıxaraq ağaca və evin divarına ziyan vurub. Hadisə nəticəsində bir qadın yüngül xəsarət alaraq xəstəxanaya müraciət edib və evə buraxılıb.
Hadisə yerinə dərhal yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.