Naxçıvanda “Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə  keçirilib.

Tədbiri giriş sözü ilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov açıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi İlqar Qocayev İdarənin fəaliyyəti, həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib, mövzuya dair videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı” mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: