“Azərmarka” MMC: yeni poçt markası dövriyyəyə buraxılıb

88

“Azərmarka” MMC tərəfindən Çin təqvimi üzrə Donuz ilinə həsr olunmuş poçt bloku dövriyyəyə buraxılıb.

MMC-dən NUHÇIXAN-a bildirilib ki, poçt blokunun ölçüsü 105x75 millimetr, markanın ölçüsü isə 40.3x40.3 millimetr təşkil edir. Orijinal poçt blokunun tirajı 5 min nüsxədir.

Bu orijinal poçt bloku “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: