Babəkdə yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, fondun Babək rayon şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işlər həyata keçirib. Şöbə tərəfindən Babək rayonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə bu sahədə aparılan işlərlə bağlı iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
Tədbirdə Fondun Babək rayon şöbəsi tərəfindən “Gəmiqaya daş məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni əmək fəaliyyətinə başlayan 8 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib.
Babək rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 271 nəfər cari ilin əvvəlindən sosial sığorta şəhadətnaməsi ilə təmin olunub. Bunlardan 72 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 42 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 6 sığortaolunan torpaq mülkiyyətçisi, 151 sığortaolunan isə fiziki şəxslərdir.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.