Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “çay” yükü aparan vaqon “Cənub Astara” gömrük postunun “Astara Dəmir Yolu” gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı vaqonda olan “çay” yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.