BDYPİ piyadalara müraciət edib: Yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçin

A- A A+

Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara müraciətində bildirilib.

Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxmalıdırlar.

“Dəyərli piyadalar, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizi sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq”,- deyə müraciətdə vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: