CBC televiziya kanalı Naxçıvanda çəkilişlər aparır - FOTOLAR

525

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın beynəlxalq televiziya kanalı olan CBC Naxçıvan Muxtar Respublikasında çəkilişlər aparır. Yaradıcı heyət artıq martın 14-dən muxtar respublikanın rayonlarında olub.

4 dildə yayımlanan, Azərbaycanın beynəlxalq televiziya kanalı olan CBC “Bura  Azərbaycandır” verilişinin növbəti  buraxılışını Naxçıvanın tarixinə, adət və ənənələrinə  həsr edib.  Çəkilişlər muxtar respublikanın tarix, mədəniyyət, turizm obyektlərində, ucqar kəndlərində aparılıb, sakinlərin Novruz Bayramını necə qarşılaması ilə bağlı məqamlar lentə alınıb. Verilişin prodüseri Vüsalə Əliyeva, aparıcısı Fatimə Yəhyayeva, kinooperatoru isə Seymur Quliyevdir.

Qeyd edək ki, CBC telekanalının əməkdaşlarının Naxçıvanda apardığı çəkilişlər növbəti həftə CBC-nin efirində yayımlanacaq.

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: