Yemişan meyvəsinin sağlamlıq üçün faydaları

A- A A+

Yemişan giləmeyvəsi — Crataegus cinsinə aid ağac və kollarda bitən xırda, lakin çox faydalı bir meyvədir. Avropa, Asiya və Şimali Amerikada geniş yayılan bu bitkinin yüzlərlə növü mövcuddur.

Rəngi sarıdan tünd qırmızıya, bəzən də qaraya qədər dəyişir. Əsrlər boyu yemişan həzm pozğunluğu, ürək çatışmazlığı və yüksək təzyiq kimi problemlərin müalicəsində təbii vasitə kimi istifadə olunub. Xüsusilə ənənəvi Çin təbabətində yemişan mühüm yer tutur.

Aşağıda yemişan meyvəsinin sübut olunmuş 9 əsas faydası ilə tanış olun:

1. Güclü antioksidan mənbəyidir

Yemişan giləmeyvəsi bədəni sərbəst radikalların zərərindən qoruyan polifenollarla zəngindir. Bu maddələr ürək-damar xəstəlikləri, diabet, xərçəng və dəri qocalması kimi problemlərin riskini azaldır.

2. İltihab əleyhinə təsir göstərir

Yemişan orqanizmdə iltihabı azaldaraq xroniki xəstəliklərin (diabet, astma, qaraciyər xəstəlikləri və s.) qarşısını almağa kömək edə bilər. Tədqiqatlar göstərir ki, yemişan ekstraktı iltihab göstəricilərini əhəmiyyətli dərəcədə azaldır.

3. Qan təzyiqini tənzimləyir

Ənənəvi Çin təbabətində yemişan yüksək təzyiqin təbii müalicəsində geniş istifadə olunur. Tədqiqatlar göstərir ki, o, qan damarlarını rahatladaraq təzyiqin enməsinə kömək edir.

4. Qandakı yağ səviyyəsini azaldır

Yemişan ekstraktı xolesterin və trigliserid səviyyəsini aşağı sala bilər. Bu isə damarların tıxanmasının qarşısını alaraq ürək-damar sağlamlığını qoruyur.

5. Həzm sistemini gücləndirir

Əsrlərdir yemişan həzm problemlərinə qarşı istifadə olunur. Onun tərkibindəki maddələr bağırsaq hərəkətini sürətləndirir, qəbizliyi azaldır və bağırsaq mikroflorasını gücləndirir.

6. Saç tökülməsinin qarşısını alır

Yemişan tərkibli ekstraktlar saç köklərini qidalandırır, saçların böyüməsini stimullaşdırır. Polifenolların sayəsində saç telləri daha güclü və sağlam olur.

7. Narahatlıq və gərginliyi azaldır

Yemişan sinir sisteminə sakitləşdirici təsir göstərir. Araşdırmalar göstərir ki, yemişan ekstraktı narahatlıq əlamətlərini yüngülləşdirə bilər və daha az yan təsirə malikdir.

8. Ürək çatışmazlığında faydalıdır

Ürək çatışmazlığı olan xəstələrdə yemişan ekstraktı yorğunluq və nəfəs darlığı kimi simptomları azaldır. Araşdırmalar göstərir ki, bu bitki ürək fəaliyyətini gücləndirir və ürəklə bağlı ölüm riskini azalda bilər.

9. Pəhrizə əlavə etmək asandır

Yemişanı həm xam, həm də çay, cem, şərbət, sirkə və ya kapsul formasında istifadə etmək mümkündür. Əlavə şəklində qəbul edilən yemişan gündə 300–500 mq doza ilə effektiv nəticə verir.

Yemişan giləmeyvəsi həm dadlı, həm də çoxsaylı sağlamlıq faydaları ilə diqqət çəkən bir bitkidir. Təbii antioksidant tərkibi sayəsində ürək, həzm və sinir sistemi üçün güclü dəstək vasitəsi ola bilər.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: