Səlahiyyətli nümayəndə şəhid övladları ilə görüşüb - FOTOLAR

A- A A+

Səlahiyyətli nümayəndə şəhid övladları ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid övladları ilə görüşüb.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad edilən torpaqlarımızın hər birində geniş quruculuq işləri aparılır. Bütün bunlar Vətən müharibəsində mətanətlə döyüşmüş şəhid və qazilərimizin hünəri, qəhrəmanlıqları sayəsində əldə olunub. Şəhidlərin əmanətlərini göz bəbəyi kimi qorumaq xalqımızın mənəvi borcudur. Dövlətimiz bundan sonra da şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcək.  

Şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Fuad Nəcəfli uşaqlara yaxşı təhsil almağı, atalarının öz qanları ilə əmanət qoyub getdikləri doğma Vətənin gələcəyi naminə layiqli vətəndaş kimi böyüməyi tövsiyə edib.

Səmimi keçən görüşdə şəhid övladları yeni tədris ili ilə bağlı təəssüratlarını bölüşüb, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb, onlara hədiyyələr təqdim edib, hər biri ilə xatirə fotoları çəkdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: