Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib

A- A A+

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq istəyənlərin  qəbuluna başlanılıb.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu noyabrın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində həyata keçiriləcəkdir.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: