Tələbələrin əl işləri sərgilənib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin tələbələri əl işlərini sərgiləyiblər. 
Sərgini giriş sözü ilə açan universitetin rektoru Saleh Məhərrəmov qarşıdan gələn Novruz bayramı münasibətilə müəllim və tələbələri təbrik edib. Qeyd edib ki, belə sərgilər tələbələrin gələcək perspektivlərinin dəyərləndirilməsində mühüm rol oynayır. 

Sonra sərgi ilə yaxından tanışlıq olub. Rektor tələbələrin hazırladığı əl işlərini yüksək qiymətləndirib. Tələbələr tərəfindən sərgiyə 20 yeni iş təqdim edilib. Gipsdən düzəldilmiş heykəllər, eskizlər, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli,  çoxmərtətəbəli binaların layihəsi sərgidə nümayiş olunub. Gənclər şəhərciyinin təqdim olunduğu layihə isə daha çox diqqəti çəkib. 

Səadət Əliyeva 


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: