Gənclər hərbi xidmətə yola salınıb

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində və Kəngərli Rayon Şöbəsində çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, xidmətin Şərur Rayon İdarəsində və Kəngərli Rayon Şöbəsində keçirilən tədbirdə çıxış edənlər ordu sıralarına yola düşən gənclərimizi təbrik ediblər. Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına əmin olduqlarını deyiblər.

Gülməmməd Əliyev

Cavid Səfərli

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: